7 avqust 2026. Cümə

Nazarovun komandası baş məşqçisiz qaldı


Nazarovun komandası baş məşqçisiz qaldı

Almaniyanın "Ertsgebirge" klubu baş məşqçisi Aleksey Şpilevski ilə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı belaruslu mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Aue təmsilçisi cari mövsüm II Bundesliqada 7 oyuna 3 xal toplayıb və sonuncu - 18-ci pillədə qərarlaşıb. Komandada Azərbaycan millisində çıxış etmiş Dmitri Nazarov da çıxış edir.

Qeyd edək ki, Aleksey Şpilevski "Ertsgebirge"yə iyunda baş məşqçi təyin olunub.







Almaniya B.L.

"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi