6 avqust 2026. Cümə axşamı

Nazarovun komandası yenə uduzdu


Nazarovun komandası yenə uduzdu
Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə “Regensburq”un qonağı olub. Futbolçumuzun komandası bu oyunda da məğlubiyyətlə üzləşib – 2:3. Bu, sözügedən komandanın ardıcıl beşinci məğlubiyyətididir.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və fasilədə əvəzlənib. Yarımmüdafiəçi 39-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
8 oyuna cəmi 3 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Almaniya B.L.

"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi