5 dekabr 2025. Cümə

Bura Messi və Ronaldo olmaq üçün gəlməmişəm - Boatenq


Bura Messi və Ronaldo olmaq üçün gəlməmişəm - Boatenq

Almaniyanın “Herta” klubunun futbolçusu Kevin-Prins Boatenq açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi, son zamanlarda sərgilədiyi oyunla bağlı fikirlərini bildirib:

“Karyeramda çox tənqid olundum. Yaxşı oynamaya bilərəm, bunun da fərqindəyəm. Nəyi daha yaxşı edərəm deyə, çalışıram. İnsanlar bunu başa düşməlidir – bura təkbaşıma qol vuracaq, məhsuldar ötürmə edəcək, komandama qələbə qazandıracaq 25 yaşlı Boatenq olaraq gəlməmişəm. Bunu mən də bilirəm, klub rəhbərliyi də. Bura Lionel Messi və ya Kriştiano Ronaldo olmaq üçün gəlməmişəm”.

Boatenq 2021-ci ilin yayından “Herta”da çıxış edir. Qanalı oyunçu daha əvvəl İspaniyada “Barselona”, İtaliyada “Milan”, Türkiyədə “Beşiktaş” kimi klubların da uğurları üçün çalışıb.







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə