5 avqust 2026. Çərşənbə

Dadaşovun qolu Şalke'ni darmadağından xilas etmədi


Dadaşovun qolu Şalke'ni darmadağından xilas etmədi
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 12-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Düsseldorf “Fortuna”sının ikinci komandası ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:5.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Şalke”nin yeganə qolunu da Dadaşov vurub. Millimizin hücumçusu 59-cu dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb.
 
“Şalke II” bu nəticədən sonra 12 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.






Almaniya B.L.

"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi