7 may 2026. Cümə axşamı

Bundesliqa klubunda yeni baş məşqçi


Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Volfsburq” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Corner.az xəbər verir ki, sözügedən komanda Florian Kofeldt həvalə olunub.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 39 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Florian Kofeldt bu komandada bir neçə gün öncə istefaya göndərilmiş Mark van Bommeli əvəz edib. Almaniyalı mütəxəssis daha öncə “Verder”ə rəhbərlik edib.

“Volfsburq” bu mövsüm Bundesliqada 9 turdan sonra 13 xalla 9-cu pillədə qərarlaşıb.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”