22 iyun 2026. Bazar ertəsi

Borussiya evdə, Bavariya səfərdə qələbə qazandı


Borussiya evdə, Bavariya səfərdə qələbə qazandı
Almaniya Bundesliqasında 10-cu turun oyunları keçirilir. Corner.az xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub.
 
“Ayntraxt” – “Leyptsiq” matçında qalib müəyyənləşməyib. “Arminiya” doğma meydanda “Maynts”a, “Bayer” isə “Volfsburq”a uduzub. “Frayburq” doğma meydanda “Qroyter”i qəbul edib və  qalib ayrılıb.
 
Dortmund “Borussiya”sı bu turda doğma meydanda “Köln”ü sınağa çəkib və inamlı qələbə qazanıb. Almaniya kubokunda Mönhenqladbax “Borussiya”sına darmadağın olan “Bavariya”nın çempionatdakı rəqibi “Union Berlin” olub. Münhen təmsilçisi bu matçda darmadağınla qalib gəlib.
 
Almaniya Bundesliqası
10-cu tur
29 oktyabr
 
Hoffenhaym – Herta 2:0
Qol: Kramariç, 19. Rudi, 36.
 
30 oktyabr
 
Arminiya – Maynts 1:2
Qol: Laursen, 42 – J.S.Li, 25. Burkardt, 69.
 
Bayer – Volfsburq 0:2
Qol: Nmeça, 48. Arnold, 51.
 
Borussiya (Dortmund) – Köln 2:0
Qol: T.Hazard, 40. Tiggers, 64.
 
Union Berlin – Bavariya 2:5
Qol: Gisselmann, 43. Ryerson, 65 – Levandovski, 15; 23. Sane, 35. Koman, 61. Müller, 79.
 
Frayburq – Qroyter 3:1
Qol: Asta, 20-öz qapısına. Hofler, 39. Qrifo, 79-pen – Levelinq, 74.
 
Ayntraxt – Leyptsiq 1:1
Qol: Tuta, 90+4 – Poulsen, 35.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər