21 mart 2026. Şənbə

Nazarov yeni mövsümdə ilk qolunu vurdu


Nazarov yeni mövsümdə ilk qolunu vurdu
Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə “Hannover”in qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qoluna da 45+1-ci dəqiqədə Nazarov imza atıb. Bu, onun cari mövsümdəki ilk qoludur.
 
12 oyuna cəmi 8 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə