- Almaniya B.L.
- 23:59 23.11.2024
Almaniyanın kansleri Angela Merkel koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən “Bavariya”nın futbolçusu Yozua Kimmix haqda açıqlama verib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Merkel, 26 yaşlı futbolçunun peyvənd olunmamasına belə münasibət bildirib:
“Belə qərar verməsi çox maraqlıdır. Qaydalar və qərarlar var. Ümid edirəm ki, Kimmix bunları da nəzərdən keçirər. Onun çox düşüncəli biri olduğunu bilirəm”.
Almaniyalı futbolçu daha əvvəl verdiyi açıqlamada, peyvənd olunmamasının səbəbini belə açıqlamışdı:
“Peyvənd olunmamışam. Çünki peyvəndin nəticələrini görmək istəyirəm. Bunu görmək üçün vaxt lazımdır. Virusdan qorunmaq üçün lazım olanları edirəm. İki-üç gündən bir test verirəm. Hər kəs öz qərarını verməlidir. İndi şübhələrim var, amma gələcəkdə peyvənd oluna bilərəm”.