7 may 2026. Cümə axşamı

Liderdən çətin qələbə, Borussiya uduzdu


Liderdən çətin qələbə, Borussiya uduzdu
Almaniya Bundesliqasında 11-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, şənbə günü beş qarşılaşma baş tutub.
 
“Bohum” “Hoffenhaym”a, “Volfsburq” “Auqsburq”a qalib gəlib. “Ştutqart” isə evdə “Arminiya”ya məğlub olub.
 
Lider “Bavariya” bu turda doğma meydanda “Frayburq”u sınağa çəkib və çətin qələbə qazanıb.
 
Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı səfərdə “Leyptsiq”in qonağı olub. Üç qolun qeydə alındığı bu matç da meydan sahibləri qələbə qazanıb.
 
Almaniya Bundesliqası
11-ci tur
5 noyabr
 
Maynts – Borussiya M 1:1
Qol: Vidmer, 76 – Noyhaus, 38.
 
6 noyabr
 
Bavariya – Frayburq 2:1
Qol: Qoretska, 30. Levandovski, 75 – Haberer, 90+3.
 
Bohum – Hoffenhaym 2:0
Qol: Novotnı, 66. Pantoviç, 90+7.
 
Volfsburq – Auqsburq 1:0
Qol: Nmeça, 14.
 
Ştutqart – Arminiya 0:1
Qol: Okuqava, 19.
 
Leyptsiq – Borussiya D 2:1
Qol: Nkunku, 29. Poulsen, 68 – Roys, 52.






Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”