21 mart 2026. Şənbə

Dadaşovun qolu Şalke'yə bəs etmədi


Dadaşovun qolu Şalke'yə bəs etmədi
Almaniyanın Qərb Regional Liqasında 15-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Bonner”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 3:4.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Şalke”nin sonuncu qoluna da Rüfət imza atıb. Dadaşov 66-cı dəqiqədə penaltidən dəqiq yararlanıb.
 
“Şalke II” bu nəticədən sonra 13 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.






Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə