19 sentyabr 2026. Şənbə

Almaniyada hakimə tüpürən futbolçuya ağır cəza


Almaniyada hakimə tüpürən futbolçuya ağır cəza

Almaniya Futbol İttifaqı "Ersgebirge" klubunun futbolçusu Klemens Fandrixi sərt cəzalandırıb.

Corner.az-ın məlumatına görə, buna səbəb 30 yaşlı hücumameylli yarımmüdafiəçinin "İnqolştatd"ı 1:0 hesabı ilə məğlub etdikləri II Bundesliqanın 11-ci tur matçında yan xətt hakiminə tüpürməsi olub. Nəticədə təcrübəli oyunçu 7 ay müddətinə futboldan diskvalifikasiya edilib.

Bu, Almaniya futbolu tarixində ən ağır 2-ci cəza hesab olunur. Daha əvvəl 2012-ci ildə "Herta"nın sabiq futbolçusu Levan Kobiaşvili "Fortuna" ilə pley-off qarşılaşmasından sonra referiyə yumruqla zərbə endirdiyi üçün 7,5 aylıq cəzalanmışdı.

Qeyd edək ki, "Ertsgebirge" klubunda Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Dmitri Nazarov da çıxış edir.







Almaniya B.L.