23 oktyabr 2024. Çərşənbə

Peyvənddən imtina edən futbolçunun maaşı kəsilir


Peyvənddən imtina edən futbolçunun maaşı kəsilir

Almaniyanın "Bavariya" klubunun futbolçusu Yozua Kimmix maaşının bir hissəsini itirə bilər.

Corner.az "Bild" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 26 yaşlı yarımmüdafiəçinin koronavirusa qarşı peyvəddən imtina etməsidir.

O, koronavirus testi müsbət çıxan komanda yoldaşı Niklas Züle ilə təmasda olduğu üçün Almaniya millisinin heyətindən uzaqlaşdırılıb.

Kimmix peyvənddən imtina etdiyindən, məcburi karantinə alınıb. Münhen təmsilçisi oyunçunun olmadığı dönəmdə maaşını ödəməmək hüququna malikdir. Kimmix bir həftə karantində qalsa, 384 000 avro itirə bilər.

Qeyd edək ki, Almaniya parlamentinin qərarına əsasən, işəgötürənlərin karantinə salınan və peyvənd olunmamış vətəndaşlara maaş ödəmək hüququ var.







Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu