4 avqust 2026. Çərşənbə axşamı

Nazarov Almaniyada növbəti dəfə fərqləndi


Nazarov Almaniyada növbəti dəfə fərqləndi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 14-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə Rostok “Hanza”sının qonağı olub. Futbolçumuzun komandası bu oyunda  qələbə qazanıb – 2:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Aue təmsilçisinin 19-cu dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini də Nazarov verib.  . O, 13-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

14 oyuna 14 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.







Almaniya B.L.

"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi