10 may 2026. Bazar günü

Bavariya karantinə alınan futbolçuların maaşlarını kəsəcək


Bavariya karantinə alınan futbolçuların maaşlarını kəsəcək

Almaniyanın “Bavariya” klubunun futbolçuları Serj Qnabri, Camal Musiala, Erik Şupo-Motinq və Mikael Kyuizans koronavirusa yoluxan şəxslə təmasda olduqları üçün karantinə alınıblar.

Corner.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi karantində olan və koronavirusa qarşı peyvənd olunmayan futbolçuların maaşlarından pul tutacaq. Bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumatda, “Bavariya” rəhbərliyi futbolçularının məvacibindən kəsəcəyi vurğulayıb. Onların karantində olduqları müddət hesablanacaq və maaşlarından çıxılacaq.

Almaniya hökumətinin qərarına görə, peyvənd olunmayan və koronavirusa görə karantinə alınan şəxslər hökumətə pul ödəməlidir.







Almaniya B.L.

 “Hoffenhaym”a bir qol bəs etdi
  • Almaniya B.L.
  • 21:58 09.05.2026
“Hoffenhaym”a bir qol bəs etdi
“Leyptsiq”dən çətin qələbə
  • Almaniya B.L.
  • 21:50 09.05.2026
“Leyptsiq”dən çətin qələbə