22 iyun 2026. Bazar ertəsi

Dadaşovdan Şalke'də növbəti qol


Dadaşovdan Şalke'də növbəti qol

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Uerdingen”i qəbul edib Futbolçumuzun komandası bu oyunda darmadağınlı qələbə ilə ayrılıb – 4:1.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da Dadaşov vurub. Azərbaycanlı futbolçu 79-cu dəqiqədə fərqlənib.

“Şalke 2” bu nəticədən sonra 19 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər