19 sentyabr 2026. Şənbə

Bundesliqa klubunda kütləvi yoluxma


Bundesliqa klubunda kütləvi yoluxma

Almaniyanın "Leyptsiq" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, daha 6 nəfərin testinin nəticəsi müsbət çıxıb.

Onlardan dördü futbolçu, biri məşqçi, digəri isə işçidir. Beləliklə, Bundesliqa təmsilçisində infeksiya aşkarlanan şəxslərin sayı 9-a çatıb. Daha əvvəl baş məşqçi Cessi Marşın da koronavirusa yoluxduğu bəlli olub.

Qeyd edək ki, "Leyptsiq" Bundesliqanın XIII turunda noyabrın 28-də "Bayer" (Leverkuzen) komandası ilə qarşılaşacaq.







Almaniya B.L.