22 iyun 2026. Bazar ertəsi

Nazarovlu Ersgebirge'lə darmadağın oldu


Nazarovlu Ersgebirge'lə darmadağın oldu
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 16-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə “Verder”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda böyük hesablı məğlubiyyətlə üzləşib - 0:4.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
16 oyuna 14 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər