22 iyun 2026. Bazar ertəsi

Hakimi tənqid etdi, 40 min avro cərimələndi


Hakimi tənqid etdi, 40 min avro cərimələndi
Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Cud Bellingem cərimələnib. Corner.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi Bundesliqanın 14-cü turunda “Bavariya”ya uduzduqları (2:3) oyundan sonra hakimlərlə mübahisə etdiyi üçün 40 min avro məbləğində cərimələnib.
 
Bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
18 yaşlı futbolçu “Bavariya” ilə matçdan sonra baş hakim Feliks Zvayer haqda mübahisəli penalti təyin etdiyi üçün bunları söyləyib:
 
“Qərarlarla razı deyiləm. Oyunda verilən qərarlara yenidən baxa bilərsiz. Almaniyadakı ən böyük maraq olan oyuna daha əvvəl adı danışılmış oyunlarda hallanan bir hakim verilir, bundan artıq nə gözləyirsiz?”






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər