4 avqust 2026. Çərşənbə axşamı

Bavariya'dan qələbə, Borussiya xal itirdi


Bavariya'dan qələbə, Borussiya xal itirdi
Almaniya Bundesliqasında 15-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.
 
“Herta” doğma meydanda “Arminiya”nı qəbul edib və qələbə qazanıb. “Frayburq” evdə “Hoffenhaym”a, “Volfsburq” isə “Ştutqart”a məğlub olub.
 
Lider “Bavariya” bu turda doğma meydanda “Maynts”ı sınağa çəkib və əzmkar qələbə qazanıb. Dortmund “Borussiya”sı səfərdə “Bohum”un qonağı olub. Qonaqlar bu görüşdə xal itkisi ilə üzləşib.
 
Turun mərkəzi görüşündə “Leyptsiq” doğma meydanda Mönhenqladbax “Borussiya”sını qəbul edib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri darmadağınla qalib gəlib.
 
Almaniya Bundesliqası
15-ci tur
10 dekabr
 
Köln – Auqsburq 0:2
Qol: Han, 72. Dorş, 88.
 
11 dekabr
 
Bavariya – Maynts 2:1
Qol: Koman, 53. Musiala, 74 – Onisivo, 22.
 
Bohum – Borussiya (Dortmund) 1:1
Qol: Polter, 40-pen – Brandt, 85.
 
Herta – Arminiya 2:0
Qol: Yovetiç, 53. Selke, 90+5.
 
Leyptsiq – Borussiya (Mönhenqladbax) 4:1
Qol: Qvardiol, 21. A.Silva, 33. Nkunku, 90+1. Henriks, 90+4 – Bensebaini, 88.
 
Frayburq – Hoffenhaym 1:2
Qol: Şlotterbek, 21 – Raum, 3. Riçards, 90+4.
 
Volfsburq – Ştutqart 0:2
Qol: Mavropanos, 25. Forster, 63






Almaniya B.L.

"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi