10 may 2026. Bazar günü

Bavariya'dan darmadağın


Bavariya'dan darmadağın
 Almaniya Bundesliqasında 16-cı tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
Turun açılış matçında lider “Bavariya” səfərdə “Ştutqart”ın qonağı olub. Münhen təmsilçisi bu oyunda beş cavabsız qolla qalib gəlib
 
“Maynts” da doğma meydanda “Herta”nı darmadağınla məğlub edib. “Arminiya” isə “Bohum” üzərində qələbə qazanıb.
 
Son turlarda uğursuz çıxış edən “Volfsburq” bu turda doğma meydanda “Köln”ü qəbul edib. Beş qolun qeydə alındığı bu oyunda isə qonaqlar qələbəyə sevinən tərəf olub.
 
Almaniya Bundesliqası
16-cı tur
14 dekabr
 
Ştutqart – Bavariya 0:5
Qol: Qnabri, 40; 53; 74. Levandovski, 69; 72.
 
Arminiya – Bohum 2:0
Qol: Okuqava, 51. Vimmer, 69.
 
Volfsburq – Köln 2:3
Qol: Nmeça, 8. Veqorst, 51 – Modeste, 34; 89. Ut, 73.
 
Maynts – Herta 4:0
Qol: Li, 19. Hak, 41. Vidmer, 49. Boetius, 79.






Almaniya B.L.

 “Hoffenhaym”a bir qol bəs etdi
  • Almaniya B.L.
  • 21:58 09.05.2026
“Hoffenhaym”a bir qol bəs etdi
“Leyptsiq”dən çətin qələbə
  • Almaniya B.L.
  • 21:50 09.05.2026
“Leyptsiq”dən çətin qələbə