19 sentyabr 2026. Şənbə

Haaland növbəti dəfə Bundesliqanın tarixinə düşdü


Haaland növbəti dəfə Bundesliqanın tarixinə düşdü

Almaniyanın "Borussiya Dortmund" klubunun futbolçusu Erlinq Haland yeni rekorda imza atıb.

Corner.az-ın məlumatına görə, 21 yaşlı hücumçu buna "Qröyter Fürt"ə 3:0 hesabı ilə qalib gəldikləri Bundesliqanın 16-cı tur oyununda nail olub.

Qarşılaşmada dubl edən norveçli futbolçu Dortmund təmsilçisində 2021-ci ildə 29-30-cu qollarını vurub. Beləliklə, Haland bir il ərzində klubunda ən çox fərqlənən oyunçu ünvanına sahib çıxıb.

Qeyd edək ki, Erlinq Haland cari mövsüm 9 matçda 13 qol vurub.







Almaniya B.L.