4 avqust 2026. Çərşənbə axşamı

Levandovski Ronaldo'nun rekordunu təkrarladı, Mülleri geridə qoydu


Levandovski Ronaldo'nun rekordunu təkrarladı, Mülleri geridə qoydu

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski "Mançester Yunayted" klubunda çıxış edən Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

Corner.az-ın məlumatına görə, polşalı hücumçu  buna evdə Bundesliqanın 17-ci tur matçında "Volfsburq"a 4:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənməklə nail olub.

Qarşılaşmanın 87-ci dəqiqəsində rəqib qapısına yol tapan 33 yaşlı hücumçu bir təqvim ilində bütün turnirlər daxil olmaqla 69-cu qolunu vuraraq portuqaliyalı oyunçuya çatıb. Bu il ölkə çempionatında qollarının sayını 43-ə çatdıran Levandovski Almaniya millisinin əfsanəvi hücumçusu Gerd Müllerin 1972-ci ildəki rekordunu (42 qol) yeniləyib.

Qeyd edək ki, bir təqvim ilində vurulan qolların sayına görə rekord hazırda Fransa PSJ-sinin formasını geyinən Lionel Messiyə məxsusdur.







Almaniya B.L.

"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi