5 avqust 2026. Çərşənbə

Komanda qalib gələndə problem olmur, amma ... - Kovac


Komanda qalib gələndə problem olmur, amma ... - Kovac

Almaniya Bundesliqasının 28-ci turunda “Borussia Dortmund”u 5:0 hesabı ilə məğlub edən “Bayern Munich”in baş məşqçisi Niko Kovac maraqlı açıqlama verib.

Corner.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, turnir cədvəlində liderliyə yüksəlmələrinə baxmayaraq, çempionluğu təmin etmədiklərini deyib:“Bu gün möhtəşəm oynadıq, 90 dəqiqə ərzində göstərdiyimiz oyun çox yaxşı idi. Komandamla qürur duyuram.Bu oyunda qalib gəlməyə layiq idik, amma hələ çempionluq yarışı bitməyib.Qarşıda çox çətin oyunlar var.Komanda qalib gələndə problem olmur, amma məğlub olanda hər şeyi səhv etdiyimizi deyirlər. Bu münasibət doğru deyil. Klub rəhbərləri də bu fikirdədirlər. Bu anlayış məni narahat edir”.







Almaniya B.L.

"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi