22 iyun 2026. Bazar ertəsi

Bavariya'dan darmadağın, Borussiya uduzdu


Bavariya'dan darmadağın, Borussiya uduzdu
Almaniya Bundesliqasında 19-cu turun oyunları keçirilir. Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
“Volfsburq” – “Herta” matçında qapılara ümumiyyətlə qol vurulmayıb. “Maynts” doğma meydanda “Bohum”u, “Union Berlin” isə “Hoffenhaym”ı qəbul edib və hər iki oyunda meydan sahibləri qalib gəlib.
 
“Leyptsiq” səfərdə “Ştutqart”ın qonağı olub və  inamlı qələbə qazanıb. Mönhenqladbax “Borussiya”sı isə evdə “Bayer”i qəbul edib və məğlub olub.
 
Lider “Bayern” bu turda mövsümün uğurlu komandalarından olan “Köln”ün qonağı olub. Münhen təmsilçisi səfərdə darmadağına sevinib.
 
Almaniya Bundesliqası
19-cu tur
14 yanvar
 
Borussiya (Dortmund) – Frayburq 5:1
Qol: Munye, 14; 29. Haland, 45+1; 75. Dahud, 86 – Dəmiroviç, 61.
 
15 yanvar
 
Volfsburq – Herta 0:0
 
Köln – Bayern 0:4
Qol: Levandovski, 9; 62; 74. Tolisso, 25.
 
Maynts – Bohum 1:0
Qol: Yuste, 48.
 
Union Berlin – Hoffenhaym 2:1
Qol: Voqlzammer, 22. Promel, 73 – Baumqartl, 16-öz qapısına.
 
Ştutqart – Leyptsiq 0:2
Qol: A.Silva, 11-pen. Nkunku, 70.
 
Borussiya (Mönhenqladbax) – Bayer 1:2
Qol: Elvedi, 81 – Andrix, 51. Şik, 74.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər