21 mart 2026. Şənbə

Bavariya'dan rekord, Levandovski ikinci oldu


Bavariya'dan rekord, Levandovski ikinci oldu
Almaniya Bundesliqasının 19-cu turu çərçivəsində baş tutan “Köln”lə səfər oyunu “Bavariya” və Robert Levandovski üçün əlamətdar olub. Corner.az xəbər verir ki, Münhen təmsilçisi ölkə çempionatında yeni rekorda imza atıb.
 
Belə ki, "Bavariya" Bundesliqa çərçivəsində keçirdiyi son 66 oyunda ardıcıl qol vurmağı bacarıb. Bununla da Münhen klubu özünə məxsus rekordu yeniləyib. Bundesliqa nəhəngi 2020-ci ilin fevralında başlayan 66 oyunluq seriyada ümumilikdə 202 qol vurub. “Bavariya” daha əvvəl 2012-2014-cü illər aralığında Bundesliqada ardıcıl 65 qarşılaşmada fərqlənmişdi.
 
Münhen təmsilçisinin hücumçusu Robert Levandovski isə “Köln”ə 4:0 hesabıyla qalib gəldikləri oyunda het-trik edib. Polşalı futbolçu Bundesliqada 300 qol səddinə çatan 2-ci futbolçuya çevrilib. Bu göstəricidə mütləq rekordçu mərhum futbolçu Herd Müllerdir – 365 qol.






Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə