7 may 2026. Cümə axşamı

Borussiya'ya Almaniya kubokunda şok


Borussiya'ya Almaniya kubokunda şok
Almaniya kubokunda 1/8 final mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
Dortmund “Borussiya”sı bu mərhələdə səfərdə 2-ci Bundesliqa təmsilçisi “Sankt-Pauli” komandasıyla üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda Dortmund təmsilçisi məğlub olaraq kubokla vidalaşıb.
 
“Sankt-Pauli” ilə yanaşı, “Hamburq”, “Karlsrue” və “Bohum” komandaları da 1/4 finala vəsiqəni təmin edib.
 
Almaniya kuboku
1/8 final
18 yanvar
 
Köln – Hamburq 1:1 (penaltilər 3:4)
Qol: Modeste, 120+1 – Qlatsel, 92.
 
Münhen 1860 – Karlsrue 0:1
Qol: Vanitsek, 69-pen.
 
Bohum – Maynts 3:1
Qol: Pantoviç, 56-pen; 59. Louen, 80 – Onisivo, 36.
 
Sankt-Pauli – Borussiya (Dortmund) 2:1
Qol: Amenyido, 4. Vitsel, 40-öz qapısına – Haland, 58-pen.






Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”