21 mart 2026. Şənbə

Borussiya 1/8 finalda darmadağın oldu


Borussiya 1/8 finalda darmadağın oldu
Almaniya kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə də dörd qarşılaşma baş tutub.
 
Səfərdə “Hannover”in qonağı olan Mönhenqladbax “Borussiya”sı böyük hesabla məğlub olaraq mübarizəni dayandırıb. “Leyptsiq” “Hanza”nı, “Union Berlin” “Herta”nı, “Qroyter” də “Hoffenhaym”ı məğlub edərək mübarizədən kənarlaşdırıb.
 
İlk oyun günündə “Sankt-Pauli”, “Hamburq”, “Karlsrue” və “Bohum” komandaları da 1/4 finala vəsiqə qazanmışdı.
 
Almaniya kuboku
1/8 final
18 yanvar
 
Köln – Hamburq 1:1 (penaltilər 3:4)
Qol: Modeste, 120+1 – Qlatsel, 92.
 
Münhen 1860 – Karlsrue 0:1
Qol: Vanitsek, 69-pen.
 
Bohum – Maynts 3:1
Qol: Pantoviç, 56-pen; 59. Louen, 80 – Onisivo, 36.
 
Sankt-Pauli – Borussiya (Dortmund) 2:1
Qol: Amenyido, 4. Vitsel, 40-öz qapısına – Haland, 58-pen.
 
19 yanvar
 
Hannover – Borussiya (Mönhenqladbax) 3:0
Qol: Beyer, 4; 51. Kerk, 36.
 
Leyptsiq – Hanza 2:0
Qol: Poulsen, 6. Olmo, 82.
 
Herta – Union Berlin 2:3
Qol: Xedira, 54-öz qapısına. S.Sərdar, 90+5 – Voqlzammer, 11. Ştark, 50-öz qapısına. Knoxe, 55.
 
Hoffenhaym – Qroyter 1:4
Qol: Şlotterbek, 53 – Qrifo, 10; 35-pen. Şade, 55. Dəmiroviç, 65.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə