7 may 2026. Cümə axşamı

Borussiya'dan çətin qələbə


Borussiya'dan çətin qələbə
Almaniya Bundesliqasında 20-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
“Bayer” bu turda doğma meydanda “Auqsburq”u qəbul edib və darmadağınla qalib gəlib. Dortmund “Borussiya”sı səfərdə “Hoffenhaym”ın qonağı olub. Beş qolun qeydə alındığı matç qonaqlar qələbə qazanıb. Mönhenqladbax “Borussiya”ası evdə “Union Berlin”i qəbul edib və növbəti məğlubiyyətlə üzləşib.
 
“Qroyter” “Maynts”a, “Frayburq” isə “Ştutqart”a qalib gəlib. Dörd qolun qeydə alındığı “Bohum” – “Köln” matçında isə qalib müəyyənləşməyib.
 
Almaniya Bundesliqası
20-ci tur
21 yanvar
 
Ayntraxt – Arminiya 0:2
Qol: Vimmer, 5. Şöpf, 27.
 
22 yanvar
 
Bayer – Auqsburq 5:1
Qol: Bellarabi, 9. Diabi, 24; 65; 69. Alario, 81.
 
Borussiya (Mönhenqladbax) – Union Berlin 1:2
Qol: Kone, 40 – Kruse, 18; 84.
 
Qroyter – Maynts 2:1
Qol: Dudzyak, 12. Bell, 66-öz qapısına – Onisivo, 90+3.
 
Frayburq – Ştutqart 2:0
Qol: İto, 37. Şade, 72.
 
Hoffenhaym – Borussiya (Dortmund) 2:3
Qol: Kramariç, 45+1. Rutter, 77 – Haland, 6. Roys, 55. Raum, 66-öz qapısına.
 
Bohum – Köln 2:2
Qol: Holtmann, 25. Asano, 70 – Hubers, 36. Modeste, 45.






Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”