3 avqust 2026. Bazar ertəsi

Rüfət Dadaşovdan Şalke'də növbəti qol


Rüfət Dadaşovdan Şalke'də növbəti qol
Almaniyanın Qərb Regional Liqasında 23-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Lotte”ni qəbul edib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qoluna da məhz Dadaşov imza atıb. Azərbaycanlı futbolçu 78-ci dəqiqədə fərqlənib.
 
“Şalke II” bu nəticədən sonra 27 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi