Almaniyanın Qərb Regional Liqasında 24-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Vegberq Beek”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda darmadağınla qələbə qazanıb – 4:1.
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk iki qoluna da məhz Dadaşov imza atıb. Azərbaycanlı futbolçu 12 və 36-cı dəqiqələrdə fərqlənib.
“Şalke II” bu nəticədən sonra 30 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.