5 dekabr 2025. Cümə

Bavariya Leyptsiq'ə qalib gəldi


Bavariya Leyptsiq'ə qalib gəldi
Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib. 
 
“Arminiya” doğma meydanda Mönxenqladbax “Borussiya”sını qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. “Auqsburq” “Union Berlin”i, “Köln” “Frayburq”u, “Maynts” isə “Hoffenhaym”ı məğlub edib. Beş qolun qeydə alındığı “Ştutqart” – “Ayntraxt” matçı isə qonaqlar inamlı qələbə qazanıb.
 
Turun mərkəzi matçında lider “Bavariya”  doğma meydanda “Leyptsiq”lə qarşılaşıb. Beş qolun qeydə alındığı bu matçda isə meydan sahibləri qələbə qazanıb.
 
 
Almaniya Bundesliqası
21-ci tur
4 fevral
 
Herta – Bohum 1:1
Qol: Belfodil, 23 – Polter, 48.
 
5 fevral
 
Arminiya – Borussiya (Mönxenqladbax) 1:1
Qol: Serra, 19 – Plea, 38.
 
Auqsburq – Union Berlin 2:0
Qol: Qreqoritş, 16. Han, 59.
 
Köln – Frayburq 1:0
Qol: Modeste, 23.
 
Maynts – Hoffenhaym 2:0
Qol: Sunq, 79. Nyakate, 83.
 
Ştutqart – Ayntraxt 2:3
Qol: Anton, 42. Kaladziç, 70 – Ndikko, 7. Hrustiç, 47; 77.
 
Bavariya – Leyptsiq 3:2
Qol: Müller, 12. Levandovski, 44. Qvardiol, 58-öz qapısına – A.Silva, 27. Nkunku, 53.
 






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə