22 iyun 2026. Bazar ertəsi

Noyer Kanın tarixi rekordunu təkrarladı


Noyer Kanın tarixi rekordunu təkrarladı
Almaniya Bundesliqasının 21-ci turu çərçivəsində baş tutan “Leypsiq”lə ev oyunu “Bavariya”nın qapıçısı Manuel Noyer üçün əlamətdar olub. Corner.az xəbər verir ki, almaniyalı qolkiper Bundesliqada 310-cu qələbəsinə sevinib.
 
Komandası bu oyunda 3:2 hesabıyla qalib gəlib. Bununla da Noyer “Bavariya”nın sabiq qapıçısı Oliver Kanın rekordunu təkrarlayıb. Keçmiş qolkiper də vaxtilə Bundesliqada 310 qələbəyə sevinib.
 
Hazırda 35 yaşı olan Noyer 310 qələbə sayına 458 matçda çatıb. Kan isə vaxtilə bunu 557 matçda gerçəkləşdirib. Manuel Noyerin karyerasını hələ davam etdirdiyini nəzərə alsaq, onun mütləq rekordçuya çevriləcəyi də şübhə doğurmur.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər