22 iyun 2026. Bazar ertəsi

Borussiya'nın futbolçusundan möhtəşəm performans


Borussiya'nın futbolçusundan möhtəşəm performans
Almaniya Bundesliqasının 23-cü turunda Dortmund “Borussiya”sı Mönxenqladbax “Borussiya”sı üzərində 6:0 hesablı qələbə qazanıb. Corner.az xəbər verir ki, görüş Dortmund təmsilçisinin futbolçusu Marko Roys üçün əlamətdar olub.

32 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə 5 qolda yaxından iştirak edib. Görüşdə dubla imza atan Roys 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Bundan əvvəl “sarı-qaralar”ın heyətində vaxtilə Pyer-Emerik Obameyanq 5 qolun fəal iştirakçısı olub. O, 2016-cı ildə “Hamburq”la oyunda belə uğura imza atıb.
 
Marko Roys cari mövsümdə bütün turnirləri nəzərə alsaq, keçirdiyi 33 oyunda 13 qol və 13 məhsuldar ötürmə müəllifi olub. Almaniyalı hücumçunun Dortmund “Borussiya”sıyla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər