21 mart 2026. Şənbə

Nazarovdan Almaniyada dubl


Nazarovdan Almaniyada dubl
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə “Paderborn”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının iki qolunu da məhz Dmitri vurub. 31 yaşlı yarımmüdafiəçi 63 və 70-ci dəqiqələrdə penaltidən dəqiq yararlanıb. Amma komandası son dəqiqələrdə buraxdığı 2 qolla qələbəni əldən verib.
 
24 oyuna 16 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə