6 dekabr 2025. Şənbə

Bütün yarımfinalçılar bilindi


Bütün yarımfinalçılar bilindi
Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
 
Səfərdə “Hannover”in qonağı olan “Leypsiq” 4 cavabsız qolla qələbə qazanaraq yarımfinala yüksəlib.
 
Dörd qolun qeydə alındığı “Hamburq” - “Karlsrue” matçında əsas vaxt qalib müəyyənləşib. Qalib isə penaltilər seriyasında bəlli olub. 11 metrlik zərbələrdə daha dəqiq olan “Hamburq” mərhələ adlayıb. 
 
Səfərdə “Bohum”un qonağı “Frayburq” da növbəti mərhələyə yüksəlib.
 
Almaniya kuboku
1/4 final
 
1 mart
 
Union Berlin – Sankt Pauli 2:1
Qol: Bekker, 45. Voqlzammer, 75 – Kyereh, 21.
 
2 mart
 
Hamburq – Karlsrue 2:2 (penaltilər 3:2)
Qol: Qlatsel, 52; 90+1 – Hayse, 40. Hofmann, 50. 
 
Hannover – Leypsiq 0:4
Qol: Nkunku, 17; 22. Laymer, 67. A.Silva, 73.
 
Bohum – Frayburq 1:2
Qol: Polter, 64 – Petersen, 51. Sallai, 120.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə