21 mart 2026. Şənbə

Bundesliqa klubunda kütləvi yoluxma


Bundesliqa klubunda kütləvi yoluxma

Almaniyanın "Maynts" klubunda koronavirusa kütləvi yoluxma halı baş verib.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, analiz nəticəsi müsbət çıxmış şəxslər arasında klubun əməkdaşları ilə yanaşı, futbolçular və məşqçilər də var. İnfeksiyaya yoluxanlar dərhal karantinə alınıblar.

"Maynts"ın martın 6-da Dortmund "Borussiya"sına qarşı keçirməli olduğu çempionat matçı təxirə salına bilər. Görüşlə bağlı hələlik qərar açıqlanmayıb.

Qeyd edək ki, "Maynts" Bundesliqada 24 turdan sonra 34 xalla 9-cu yeri tutur.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə