3 avqust 2026. Bazar ertəsi

Bavariya xal itirdi, Borussiya uduzdu


Bavariya xal itirdi, Borussiya uduzdu
Almaniya Bundesliqasında 25-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
 
“Bohum” doğma meydanda “Qroyter”i, “Volfsburq” “Union Berlin”i, “Ştutqart” isə Mönxenqladbax “Borussiya”sını qəbul edib və bu oyunlarda meydan sahibləri qələbə qazanıb.

“Herta” doğma meydanda “Ayntraxt”ı qəbul edib və bu oyunda qonaqlar böyük hesabla qalib gəlib. “Leypsiq” – “Frayburq” matçında isə qalib müəyyənləşməyib.
 
Turun mərkəzi qarşılaşmasında isə “Bavariya” doğma meydanda “Bayer”i qəbul edib. Bu görüşdə də qalib müəyyənləşməyib.
 
Almaniya Bundesliqası
25-ci tur
4 mart
 
Arminiya – Auqsburq
Qol: Kaligiuri, 50.
 
5 mart
 
Bavariya – Bayer 1:1
Qol: Sule, 18 – Müller, 36-öz qapısına.
 
Bohum – Qroyter 2:1
Qol: Leytş, 35. Losilla, 71 – Bella, 64-öz qapısına.
 
Volfsburq – Union Berlin 1:0
Qol: Avoniyi, 24.
 
Herta – Ayntraxt 1:4
Qol: Selke, 61 – Knauff, 17. Tuta, 48. Lindstrom, 56. Borre, 63.
 
Leypsiq – Frayburq 1:1
Qol: Anxelinyo, 90 – Dəmiroviç, 38.
 
Ştutqart – Borussiya (Mönxenqladbax) 3:2
Qol: Endo, 38. Fuhrix, 51. Kalaydziç, 83 – Plea, 14. Turam, 35.






Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi