11 may 2026. Bazar ertəsi

Bundesliqa klubu baş məşqçisiz qaldı


Bundesliqa klubu baş məşqçisiz qaldı
Almaniyanın “Şalke” klubu baş məşqçisi Dimitrios Qrammozislə yollarını ayırıb. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə birlikdə onun köməkçiləri Sven Pipenbrok və Uil Kurt da istefaya göndərilib.
 
Klubun idman direktoru Ruven Şreder açıqlama verərək bildirib ki, Bundesliqaya çıxmaq şansları davam etdiyindən, məşqçilər heyətində yeni nəfəsə ehtiyac var.
 
Yunanıstanlı mütəxəssisin “Şalke” ilə bu ilin yayınadək müqaviləsi var idi.
 
“Şalke” 2-ci Bundesliqada 25 turdan sonra 41 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
 
Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov “Şalke”nin U-23 komandasında forma geyinir.






Almaniya B.L.

 “Hoffenhaym”a bir qol bəs etdi
  • Almaniya B.L.
  • 21:58 09.05.2026
“Hoffenhaym”a bir qol bəs etdi
“Leyptsiq”dən çətin qələbə
  • Almaniya B.L.
  • 21:50 09.05.2026
“Leyptsiq”dən çətin qələbə