22 iyun 2026. Bazar ertəsi

Bavariya'dan Hoffenhaym'la heç-heçə


Bavariya'dan Hoffenhaym'la heç-heçə

Almaniya Bundesliqasında 26-cı turun oyunları start götürüb.

Corner.az xəbər verir ki, turun ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Frayburq” evdə “Volfsburq”u, Mönxenqladbax “Borussiya”sı isə “Herta”nı qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbəyə sevinən tərəf olub.

“Yunion” – “Ştutqart” matçında qalib müəyyənləşməyib.

Lider “Bavariya” isə səfərdə ardıcıl 4 oyundur məğlub olmayan “Hoffenhaym”ın qonağı olub. Bu oyunda da tərəflər meydandan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

“Auqsburq” – “Maynts” matçı qonaqların heyətində koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.

Almaniya Bundesliqası, 26-cı tur

12 mart

Yunion – Ştutqart 1:1
Qol
: Avoniyi, 41-pen – Kaladziç, 90.

Frayburq – Volfsburq 3:2
Qol
: Qrifo, 7; 44. Şlotterbek, 87 – Kruse, 52. Arnold, 84.

Hoffenhaym – Bavariya 1:1
Qol
: Baumqartner, 32 – Levandovski, 45+3.

Borussiya M – Herta 2:0
Qol
: Plea, 24-pen. Ginter, 59.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər