2 avqust 2026. Bazar günü

Dadaşov oynamadı, komandası darmadağın oldu


Dadaşov oynamadı, komandası darmadağın oldu
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 29-cu turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Vuppertaler”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda darmadağına üzülüb – 0:4.
 
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Şalke II” bu nəticədən sonra 31 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.






Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi