22 iyun 2026. Bazar ertəsi

Borussiya'ya bir qol bəs etdi


Borussiya'ya bir qol bəs etdi
 Almaniya Bundesliqasında 26-cı tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
 
“Ayntraxt” doğma meydanda “Bohum”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıb. “Bayer” isə “Köln”lə ev oyununda məğlubiyyətlə üzləşib.
 
Dortmund “Borussiya”sı da evdə “Arminiya”ya minimal hesabla qalib gəlib. “Leypsiq” də səfərdə “Qroyter”in qonağı olub və darmadağınla qələbə qazanıb.
 
Bu turun “Auqsburq” - “Maynts” matçı qonaqların heyətində koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.
 
Almaniya Bundesliqası
26-cı tur
12 mart
 
Union Berlin – Ştutqart 1:1
Qol: Avoniyi, 41-pen – Kaladziç, 90.
 
Frayburq – Volfsburq 3:2
Qol: Qrifo, 7; 44. Şlotterbek, 87 – Kruse, 52. Arnold, 84.
 
Hoffenhaym – Bayern 1:1
Qol: Baumqartner, 32 – Levandovski, 45+3.
 
Borussiya (Mönxenqladbax) – Herta 2:0
Qol: Plea, 24-pen. Ginter, 59.
 
13 mart
 
Bayer – Köln 0:1
Qol: Şindler, 67.
 
Ayntraxt – Bohum 2:1
Qol: Masoviç, 46-öz qapısına. Kamada, 52 – Polter, 19.
 
Borussiya (Dortmund) – Arminiya 1:0
Qol: Volf, 21.
 
Qroyter – Leypsiq 1:6
Qol: Levelinq, 4 – A.Silva, 17. Forsberq, 32. Laymer, 35. Henrixs, 45. Simakan, 59. Nkunku, 69.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər