22 iyun 2026. Bazar ertəsi

Bundesliqa klubunda yeni baş məşqçi


Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın "Herta" klubunun yeni baş məşqçisi təyin olunub.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Berlin təmsilçisinin "sükan"ı Feliks Maqata tapşırılıb. 68 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb. O, yeni vəzifədə Tayfun Korkutu əvəzləyib.

Türkiyəli mütəxəssis Bundesliqada ötən turun Mönhenqladbax "Borussiya"sına 0:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra istefaya göndərilib.

Maqatın sonuncu iş yeri 2017-ci ildə tərk etdiyi Çinin "Şandun Tayşan" komandası olub. O, Almaniyada "Ştutqart", "Bavariya", "Volfsburq", "Şalke" kimi klublarda çalışıb, 3 dəfə Bundesliqanın, hərəyə 2 dəfə Almaniya Kuboku və Liqa Kubokunun qalibi olub.

Qeyd edək ki, Bundesliqada 26 turdan sonra "Herta" 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər