19 sentyabr 2026. Şənbə

Bundesliqa klubunda yeni müqavilə


Bundesliqa klubunda yeni müqavilə
Almaniyanın “Hoffenhaym” klubu hücumçusu Andrey Kramariçlə müqavilənin müddətini uzadıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
31 yaşlı hücumçu ilə 2025-ci ilin iyununadək yeni sözləşmə imzalanıb.
 
Xorvatiyalı futbolçu 2016-cı ildən Bundesliqa təmsilçisində çıxış edir və 101 qolla komanda tarixinin ən yaxşı bombardiridir. Xorvatiya millisinin də üzvü olan Andrey Kramariç "Hoffenhaym"da 211 oyun keçirib.






Almaniya B.L.