21 mart 2026. Şənbə

Bavariya'nın qapıçısı Oliver Kan'ın rekordunu qırdı


Bavariya'nın qapıçısı Oliver Kan'ın rekordunu qırdı

Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer yeni rekorda imza atıb.

Corner.az-ın məlumatına görə, 35 yaşlı qolkiper buna Bundesliqanın 27-ci turunda evdə "Union Berlin"ə  4:0 hesabı qalib gəldikləri görüşdə Nail olub.

O, yerli çempionatda 311-ci qələbəsini qazanıb və Münhen təmsilçisinin sabiq qapıçısı Oliver Kanı (310) geridə qoyub. Bu nəticəni əldə etmək üçün Noyerə 460, Kana isə 557 qarşılaşma lazım olub.

Qeyd edək ki, Manuel Noyer 2006-cı ildən Bundesliqada çıxış edir. Almaniya millisinin üzvü "Bavariya"ya 2011-ci ildə "Şalke"dən keçib.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə