22 iyun 2026. Bazar ertəsi

Dadaşovun komandası qələbəni əldən verdi


Dadaşovun komandası qələbəni əldən verdi
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 30-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Köln “Fortuna”sının qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. Halbuki, Dadaşovun komandası 62-ci dəqiqəyə qədər bu matçda 2:0 hesabı ilə öndə idi.
 
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Şalke 2” bu nəticədən sonra 32 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər