22 iyun 2026. Bazar ertəsi

Dadaşov oynamadı, komandası darmadağın oldu


Dadaşov oynamadı, komandası darmadağın oldu
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 31-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Düsseldorf “Fortuna”sının ikinci komandasını qəbul edib. Futbolçumuzun komandası bu oyunda darmadağına üzülüb - 0:4.
 
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Şalke 2” bu nəticədən sonra 32 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər