7 may 2026. Cümə axşamı

Dadaşovsuz darmadağın


Dadaşovsuz darmadağın
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 32-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Homberq”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda böyükhesablı qələbə qazanıb – 3:0.
 
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Şalke II” bu nəticədən sonra 35 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”