21 mart 2026. Şənbə

Bavariya'dan darmadağın, Borussiya Leyptsiq'ə uduzdu


Bavariya'dan darmadağın, Borussiya Leyptsiq'ə uduzdu
Almaniya Bundesliqasında 28-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, turun əksər oyunları şənbə gününə təsadüf edib.
 
“Arminiya” - “Ştutqart” matçında qalib müəyyənləşməyib. “Ayntraxt” - “Qroyter” görüşündə qapılara ümumiyyətlə qol vurulmayıb. 
 
“Bayer” doğma meydanda “Herta”nı qəbul edib və inamlı qələbəyə sevinib. “Hoffenhaym” isə evdə “Bohum”a məğlub olub.
 
Ötən ay keçirdiyi 3 oyundan yalnız birində qalib gələn “Bavariya” səfərdə “Frayburq”un qonağı olub. Görüş Münhen təmsilçisi darmadağınla qalib gəlib.
 
Turun mərkəzi oyunu Dortmundda baş tutub. “Borussiya” doğma meydanda “Leypsiq”i sınağa çəkib. Bu görüşdə isə dortmundlular darmadağınla üzləşib
 
Almaniya Bundesliqası
28-ci tur
 
1 aprel
 
Union Berlin – Köln 1:0
Qol: Avoniyi, 49.
 
2 aprel
 
Ayntraxt – Qroyter 0:0
 
Arminiya – Ştutqart 1:1
Qol: Kruger, 59 – Kaladziç, 25-pen.
 
Bayer – Herta 2:1
Qol: Alario, 35. Bellarabi, 40 – Darida, 42.
 
Frayburq – Bayern 1:4
Qol: Petersen, 63 – Qoretska, 58. Qnabri, 73. Koman, 82. Zabitser, 90+6.
 
Hoffenhaym – Bohum 1:2
Qol: Raum, 54 – Asano, 28; 59.
 
Borussiya (Dortmund) – Leypsiq 1:4
Qol: Malen, 84 – Laymer, 21; 30. Nkunku, 58. Olmo, 86.
 






Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə