24 noyabr 2024. Bazar günü

Bundesliqa lideri 12 futbolçu ilə oynadı


Bundesliqa lideri 12 futbolçu ilə oynadı
Almaniya Bundesliqasının 28-ci turunun “Frayburq” – “Bavariya” oyununda (1:4) futbolda az rast gəlinən hadisə baş verib. Corner.az xəbər verir ki, “Bavariya” oyunun sonlarına yaxın 20 saniyə 12 futbolçu ilə oynayıb.
 
Bu, qonaq komandanın oyunçu dəyişikliyi etməsindən sonra baş verib.  84-cü və 85-ci dəqiqələrdə “Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann iki dəyişiklik edib. Marsel Sabitzer Kinqsli Komanı, Niklas Sule Korentin Tolissonu əvəzləyib. Amma Koman meydanı tərk etməyib. Buna görə də, “Bavariya” meydanda 12 futbolçu ilə oynayıb. Baş hakim Kristian Dinqert bunu dərhal hiss etməyib. Münhen təmsilçisi təxminən 15 saniyə say üstünlüyü ilə oynayıb, bundan sonra görüş dayandırılıb. Hakimlər vəziyyəti uzun müddət müzakirə etdikdən sonra oyunu davam etdirmək qərarına gəliblər. 
 
Bu qarışıqlığa ehtiyat hakimin elektron tabloda Komanın 11 nömrəsini yox, 29 nömrəni göstərməsi səbəb olub.
 
Naqelsmann oyundan sonra baş verənlərı belə izah edib:
 
“Ehtiyat hakim səhv nömrə göstərdi. Koman oyundan çıxmalı olduğunu bilmirdi. Düşünürəm ki, 12 futbolçu ilə oyun 8 və ya 9 saniyə çəkdi. Bu, bir az qəribə hadisədir”.






Almaniya B.L.

"Bayer" və "Borussiya"dan darmadağın
  • Almaniya B.L.
  • 23:59 23.11.2024
"Bayer" və "Borussiya"dan darmadağın
"Bayer" və "Borussiya"dan qələbə
  • Almaniya B.L.
  • 00:00 23.11.2024
"Bayer" və "Borussiya"dan qələbə
Bundesliqa klubu onu satmaq istəmir
  • Almaniya B.L.
  • 23:13 14.11.2024
Bundesliqa klubu onu satmaq istəmir
"Bavariya"da xoşbəxtəm"
  • Almaniya B.L.
  • 18:16 12.11.2024
"Bavariya"da xoşbəxtəm"