21 mart 2026. Şənbə

Rəqibə kiçik sürpriz hazırlamışıq


Rəqibə kiçik sürpriz hazırlamışıq

"Rəqibi sındırmaq olar, bunun üçün onlara kiçik sürpriz hazırlamışıq".

Corner.az-ın məllumatına görə, bunu Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən millimizin futbolçusu Dmitri Nazarov səfərdə "Hamburq"a qarşı keçirəcəkləri II Bundesliqanın 26-cı turundan təxirə salınmış oyun barədə danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi 3 xal qazanmaq üçün əllərindən gələnin edəcəklərini bildirib: "Bu, bizim II liqada qalmağımız üçün bəlkə də son şansdır. "Hamburq"un zəif yerlərini bilirik. Çox aqressiv oynayırlar. Bundan istifadə etməliyik".

Aprelin 5-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, "Ertsgebirge" 27 oyundan sonra 19 xalla 18 komanda arasında 18-ci pillədədir. 42 xalı olan "Hamburq" isə 7-ci sırada qərarlaşıb.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə